UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Neftçi" evdə Çernoqoriya "Mladost"u ilə 2:2 bərabərə qalıb.
 
"Bakcell Arena"dakı oyundan sonra açıqlama verən ev sahibi komandanın hücumçusu Məhəmməd Qurbanov heç-heçəni belə şərh edib:
 
“Məncə yaxşı oynadıq. Oyuna daha çox nəzarət edib, hücumlar qururduq. Mövqe səhvlərindən iki qol buraxdıq. Səfərdə qalib gələcəyimizə inanırıq. Daha çox hərəkətdə olan tərəf bizdik. Komandamız gəncdi. İnanıram ki səfərdə qələbə qazanacayıq. Çernoqoriyada 2 qol vurmalıyıq”.
Shares: