UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Neftçi" evdə Çernoqoriya "Mladost"u ilə 2:2 bərabərə qalıb.
"Bakcell Arena"dakı oyundan sonra açıqlama verən ev sahibi komandanın ispaniyalı müdafiəçisi Melli heç-heçəni belə şərh edib:
“Oyuna nəzarət edən tərəf biz idik. Komandamız yetərincə yaxşı oynayırdı. Amma axrıncı 10 dəqiqədə oyuna nəzarəti itirdik. Yarımmüdafiə xəttində daha çox top itirdik. Onlar da əks hücuma çıxıb qol vurdular. Məncə “Neftçi” gənc futbolçulardan təşkil olunub. Qələbə qazanmaq üçün təcrübə lazımdı. Biz rəqibdən daha yaxşıyıq. Orada qələbə qazanmaq lazımdı. “Mladost” keçiləsi komandadı. Komandada gənclərin olması yaxşı haldı. Vaxt keçdikcə daha yaxşı oynayacağıq. Cavab oyununda isə qol vurub, bütün komanda ilə müadfiə olunmalıyıq”.