“Qalatasaray” klubu Almaniya millisinin hücumçusu Lukas Podolski il anlaşıb. Futbolinfo.az xəbər verir ki, bu barədə polşa əsilli futbolçunun meneceri Nassim Touihri məlumat verib.
 
Almaniyanın “Bild” qəzetinə açıqlama verən Nassim bunları deyib: “Qalatasaray” və “Arsenal” la hər mövzuda razılığa gəldik. Arsen Vengerlə də görüşüb razılıq aldıq.”
 
Almaniyalı həmkarlarımız bildirir ki, İstanbul təmsilçisi “Arsenal”a 4 milyon avro ödəyəcək. Podolskinin yaxın günlərdə “sarı-qırmızılar”la 2018-ci ilə kimi müqavilə imzalayacağı bildirilir.
 
Qeyd edək ki, 30 yaşlı futbolçu 2012-ci ildən İngiltərə nəhəngində çıxış edirdi.
Shares: