Növbəti mövsümə hazırlaşan "Milan" klubu heyətini gücləndirməyə davam edir. Futbolinfo.az xəbər verir ki, İtaliya nəhəng "Sevilya"nın aparıcı futbolçusu Karlos Bakkanı transfer edib.
Klubdan verilən açıqlamada 28 yaşlı hücumçu və İspaniya təmsilçisi ilə bütün məsələlərin razılaşdırıldığını qeyd olunub. Bildirilib ki, təcrübəli forvardla yaxın güvlərdə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Kolumbiya millisinin də üzvü olan Bakka 2013-cü ildən La Liqa klubunda çıxış edirdi.