"Qarabağ" Avstriyada təlim-məşq toplanışına davam edir. Futbolinfo.az xəbər verir ki, 1 günlük istirahətin ardından "atlılar" günü 2 məşqlə keçiriblər.
Günün ilk çalışması fitnes zalında baş tutub. Dünən yerli vaxtla 11:00-da başlayan çalışma 1 saat davam edib. Günün 2-ci məşqi 20:00-da (Azərbaycan vaxtıyla 23:00) baş tutub. Taktiki-texniki hazırlıq üzərində qurulan məşq 90 dəqiqə davam edib. Qeyd etdiyimiz kimi Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki də məşqi izləyənlər arasında olub.
Ağdam təmsilçisinin bu gün növbəti yoxlama oyunu baş tutacaq. Qurban Qurbanovun komandası Ruminiya "Styaua"sı ilə üz-üzə gələcək. Oyun Bakı vaxtıyla 20:30-da start götürəcək. Qarşılaşma klubun "YouTube" kanalı vasitəsiylə canlı olaraq yayımlanacaq.
(Klub saytı)