Növbәti mövsüm üçün transfer çalışmalarını davam etdirәn "Xәzәr Lәnkәran" daha bir braziliyalı futbolçunu baxışa çağırıb. Futbolinfo.az xәbәr verir ki, "ağ-yaşıllar"ın baş mәşqçisi Yunis Hüseynov 23 yaşlı hücumçu Rafael Karlettini yoxlayacaq.
Bu barәdә saytımıza braziliyalı futbolçu özü mәlumat verib: "Sabah (bu gün) "Xәzәr Lәnkәran"ın Türkiyәdәki düşәrgәsinә qoşulacam. Müqavilә bağlayacağım haqqında qәrarı isә komandanın baş mәşqçisi verәcәk. Hәlәlik isә Dieqo Qusmao ilә birlikdә klubun düşәrgәsindә mәşqlәrә başlayacam".
RAfinya ləqəbli forvard Cənub klubu ilə bağlı xoş sözlər eşitdiyini də dilə gətirdi: "Xәzәr Lәnkәran" haqqında mәnә danışıblar. Bu kluba "Qafqazın Çelsisi" deyildiyini eşitmişәm. Bu klub haqqında mәnә yaxşı mәlumatlar veriblәr. Belә bir klubla müqavilә bağlasam, sevinәrәm".