Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz “Qəbələ” səfərdə "Apollon"la üz-üzə gəlir.
Kiprdəki oyunun sonlarına yaxın "Antonis Papadopulos" stadionunda gərgin anlar yaşanıb. Belə ki, 90+2-ci dəqiqədə rəqib futbolçu Voislav Stankoviçi cərimə meydançasında yıxdığına görə kiprlilərin qapısına penalti təyin olunub. Bundan sonra ara qarışıb və bəzi azarkeşlər meydançaya daxil olub. 
Topun arxasına keçən Cavid Hüseynov isə hesabı bərabərləşdirməyə nail olub – 1:1. Bu qoldan sonra asayişin yaxşı təmin olunmadığını görən hakim komandaları soyunub-geyinmə otağına göndərib. Hətta soyunub geyinmə-otağına gedərkən tərəflər arasında dava da düşüb. Amma müəyyən fasilədən sonra hakim tərəfləri geri çağırıb və oyun yenidən başlanılıb. 
Shares: