Kiprdə oynanılan və az öncə başa çatan “Apollon” – “Qəbələ” matçı bitən kimi sabiq FİFA referisi, bu ildən hakim kimi karyerasını başa vuran Vüsal Əliyev sosial şəbəkədə status paylaşıb. O, Cavid Hüseynovun qol vurduqdan sonra qolu çılğın şəkildə qeyd etməsini pisləyib.
Futbolinfo.az xəbər verir ki, Əliyev bu hərəkətin yarımmüdafiəçini pis vəziyyətdə qoya biləcəyindən ehtiyat edirmiş: “Mən Cavidi başa düşə bilmədim. Oyunun sonunda qol vurandan sonra o hərəkət kimə lazımdı? Azarkeşlər onsuz da meydana kənar əşyalar atırdılar, onları qızışdırmaq nəyə lazımdır? Hakim o hərəkəti görüb, qırmızı vərəqə versəydi, cavab qarşılaşmasında komandaya kömək edə bilməyəcəkdi. Peşəkar futbolcuya yaraşmaz belə hərəkətlər. Həm də son oyunları çox yaxşı oynayır, komandaya çox kömək edir”.
 
cavid - Futbolinfo.az
Shares: