Avropa Liqasının (AL) 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilən “Apollon” – “Qəbələ” matçı əlamətdar hadisə ilə yadda qalıb. Futbolinfo.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan qarşılaşmada təmsilçimizin yeganə qolunun müəllifi Cavid Hüseynov adını futbol tarixmizə yazdırıb. 
Belə ki, yarımmüdafiəçinin avrokuboklarda 200-cü qolumuzu vurub.  Sizə avrokuboklarda yubiley qollarının müəllifni təqdim edirik:
 
1. Yadigar Süleymanov – “Austria Memfis” (Avstrya) 5:1 “Kəpəz” (UEFA Kuboku – UK)
50. Xalid Muradov – “Karvan” 1:0 “Spartak” (Trnava, Slovakiya) (UK)
100. Roman Axalkatsi – “Olimpik-Şüvəlan” 1:1 “Voyvodina” (Serbiya) (UK)
150. Baçana Sxadadze – “Trans” (Estoniya) 0:5 “İnter” (AL)
200. Cavid Hüseynov – “Apollon” (Kipr) 1:1 “Qəbələ” (AL)
Bundan başqa, “Qəbələ” tarixində ilk dəfə avrokuboklarda səfər matçında məğlub olmadı. Qeydə alınan nəticə də klub tarixində bir ilkdi. Əyalət təmsilçisi Larnakadakı qarşılaşmayadək avrokuboklarda keçirdiyi 6 görüşün heç birində sülhə razı olmamışdı. 
Həmçinin qəbələlilər avrokuboklarda qələbə və heç-heçə sayında “Karvan”a çatdı. Artıq fəaliyyətini dayandırmış Yevlax təmsilçisi də avrokuboklarda keçirdiyi matçlarda 2 qələbə 1 heç-heçəyə nail olub. Yeganə fərq ondadı ki, “qırmızı-qaralar” bu göstəriciyə 6 matçda nail olubsa, Qəbələ təmsilçisində analoji nəticə 7 oyunda təkrarlanıb.
“Qəbələ”nin “Apollon”la matçı klublarmızın avrokuboklarda Kipr təmsilçisinə qarşı keçirdiyi 5-ci qarşılaşma oldu. Maraqlıdı ki, klublarımız artıq 4 oyundu ada təmsilçilərinə uduzmur. İndiyədək baş tutan 5 görüşdə tərəflər hərəyə 1 dəfə qələbəyə sevinib. Qalan 3 matçda isə bərabərlik qeydə alınıb. Hər 2 ölkənin təmsilçiləri hərəyə 1 dəfə mərhələ adlamağa nail olub.
ELMAR ABDULLA-ZADƏ
Shares: