Həvəskarlar Liqasında 2014-2015-ci il mövsümünə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, final matçında "Şərur" və "Qəbələ II" komandaları üz-üzə gəlib.
2:0 hesabı ilə qələbə qazanan "Şərur" 17-ci ölkə birinciliyinin qalibi olub. Sözügedən komanda gələn il keçiriləcək UEFA Region Kubokunda ölkəmizi təmsil edəcək.
Matçdan sonra hər iki komandaya medallar və mükafatlar təqdim olundu.