Ötən gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz “İnter” səfərdə  Bilbao "Atletik"inə 0:2 hesabı ilə uduzub. 
"San Mames"dəki oyundan sonra ispan klubunun baş məşqçisi Ernesto Valverde jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis evdəki qələbəni belə şərh edib:
"Yeni mövsümdə ilk rəsmi matçımıza çıxdıq. Komanda yaxşı oynadı. Hesabın daha böyük olmasını istərdim. Ancaq mərhələ adlamaq üçün bu da yaxşı nəticədi".
İspaniyalı çalışdırıcı təmsilçimizin çıxışına da toxunub: "İnter" oyunu müdafiədən qurmuşdu. Bu, onlarda yaxşı alındı. Lakin sonda iki qol vurmağı bacardıq. Qələbəyə baxmayaraq, hələ mərhələ keçdiyimizi demək olmaz. Cavab qarşılaşmasının çətin keçəcəyini bilirəm. Rəqibin heyətində qapıçı (Səlahət Ağayev), 7 (Nika Kvekveskiri) və 11 (Rauf Əliyev) nömrəli futbolçuların oyununu bəyəndim".
Shares: