Avropa Liqasındakı (AL) təmsilçimiz "Qəbələ" dünən Kiprdə "Apollon" səfərindən uğurlu nəticə ilə qayıtmağa nail oldu. 1:1-lik hesabdan sonra əyalət təmsilçisinin mərhələ adlayıb, tarixində ilk dəfə pley-off-a adlayacağına ümidlər çoxdu. 
Elə statistika da bunu göstərir. Keçmişə nəzər salsaq, bu matçadək klublarımızın 5 dəfə avrokuboklarda səfərdən 1:1-lik hesabla qayıtdığını görərik. Bu nəticənin bizim üçün uğurlu olduğunu demək olar. Belə ki, təmsilçilərimiz cavab görüşlərinin yalnız 1-də mərhələ adlaya bilməyib. Bu da uzaq 2006-cı ilə təsadüf edir.
2006/07. "Zimbru" (Moldova) 1:1, 2:1 (əlavə vaxtda) "Qarabağ" (UEFA Kuboku – UK) 
2008. "Jerminal" (Belçika) 1:1, 0:1 "Neftçi" (İntertoto kuboku – İK) 
2011/12. "Streymur" (Farer adaları) 1:1, 0:0 "Qarabağ" (AL) 
2013/13. "Slima Uonders" (Malta) 1:1, 0:1 "Xəzər Lənkəran" (AL) 
2015/16. “Laçi” (Albaniya) 1:1,  0:0 "İnter" (AL)
Shares: