Bu gün AFFA İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, toplantıda bütün İK üzvləri iştirak etməyiblər.
Komitənin təcili toplanmasına səbəb “Rəvan”ın Premyer Liqada iştirakına rəsmi don geyindirilməsi olub.
O ki qaldı iclasda iştirak etməyənlərə, toplantıya İK üzvlərindən dördü özünü  çatdıra bilməyib. Onlardan üçünün adını öyrənə bildik. Hafiz Məmmədov, Mahir Məmmədov və Cahangir Hacıyev AFFA-nın ali qurumunun budəfəki “fövqəladə dəvət”inə arxa çevirib və bəzi qanunsuzluqların qüvvəyə minməsində iştirak etməyiblər.
Shares: