Türkiyəli futbolçu Enes Ünal növbəti mövsüm Belçika çempionatında çıxış edəcək. Futbolinfo.az xəbər verir ki, 18 yaşlı hücumçu "Genk"lə anlaşıb.
Forvard Belçika təmsilçisinin heyətində icarə əsasında çıxış edəcək. Anlaşma 2 illik nəzərdə tutulub. Bu xəbəri Ünalın məxsus olduğu "Mançester Siti" klubu rəsmi saytında yazıb.
Qeyd edək ki, adıçəkilən futbolçu bir neçə gün əvvəl "Bursaspor"dan İngiltərə nəhənginə transfer olunmuşdu.