Növbəti mövsüm yenidən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Kəpəz" artıq bəzi futbolçularla münasibətlərini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, gəncəlilər 17 yerli oyunçu ilə müqavilə bağlayıb.
Bundan başqa, növbəti mövsüm əyalət təmsilçisinin heyətində yer alacaq legionerlərin də kimliyinə bu gün axşam aydınlıq gələcək. Razılıq əldə olunan futbolçuların adı növbəti mövsüm üçün nəzərdə tutulan iştirak ərizəsinə daxil ediləcək.
Qeyd edək ki, qərblilər 2 illik fasilədən sonra bu il yenidən elitada mübarizə aparacaq.