Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib. Toplantının keçirilməsi, qəbul edilən qərarlarla bağlı federasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun fikirlərini öyrəndik.
İlk sualımıza cavabı bilsək də, federasiya rəsmisi ilə söhbətə iclasın keçirilmə səbəblərindən başladıq.
– Son zamanlarda ilk dəfədi ki, İcraiyyə Komitəsinin fövqəladə iclasını keçiririk. Bunun da səbəbi “Rəvan”ın Premyer Liqada iştirakı ilə bağlı PFL-dən edilən müraciətdi.
– Bəs toplantı barədə futbol ictimaiyyəti nəyə görə əvvəlcədən məlumatlandırılmadı?
– İclasın adında hər şey əks olunub. Fövqəladə iclaslarla bağlı məlumat verilmir. Təcili toplantıya zərurət yaranmışdı, bunu da həyata keçirdik.
– İclasın adında hər şey əks olunub. Fövqəladə iclaslarla bağlı məlumat verilmir. Təcili toplantıya zərurət yaranmışdı, bunu da həyata keçirdik.
– İclasda hansı İK üzvləri iştirak etmirdi?
– Fövqəladə iclas Mirkamil Rəhimov, İsgəndər Cavadov, Vaqif Sadıqov və Firudin Qurbanovun iştirakı ilə keçirilib. Mahir Məmmədov və Elşad Nəsirovun rəyləri dinlənilib. Təbii ki, AFFA prezidenti Rövnəq Abdullayevin də rəyləri səsləndirilib. Məlum olduğu kimi, fövqəladə iclasda yetərsay olmur. İcraiyyə Komitəsinin bir sıra üzvünün ölkədən kənarda olması iclasdakı iştiraklarına imkan verməyib.

– “Simurq”u “Zaqatala” etməyin səbəbi borcların silinməsidi?
– “Simurq” “Zaqatala” olmayıb. Bu yeni, müstəqil peşəkar klubdu. İctimai Birlik yaradılır. Təsisçilərdən biri də AFFA-dı.
– “Simurq” “Zaqatala” olmayıb. Bu yeni, müstəqil peşəkar klubdu. İctimai Birlik yaradılır. Təsisçilərdən biri də AFFA-dı.
– “Zaqatala” klubu yaradılırsa, onun meydançası olmalıdı. Bildiyimiz kimi, bu şəhərdə “Simurq”un bazası və stadionundan başqa meydança yoxdu. Deməli, “Zaqatala” “Simurq”un bazasında məskunlaşıb, meydançasına çıxacaq, ancaq ötən mövsüm Premyer Liqadakı klubun xələfi sayılmayacaq?
– İcraiyyə Komitəsində qərar qəbul edilib ki, yeni klub yaradılsın. Bu klub hələ Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməyib. Sənədləşmə işləri aparılacaq, bundan sonra Ədliyyə Nazirliyinə müraciət ediləcək. Onda görəcəksiniz ki, meydança kimi hansı stadion göstəriləcək.

– Yəni, razılaşırsınız ki, ev meydançası kimi “Simurq”un stadionu göstərilsə, “Zaqatala” ötən mövsümədək Premyer Liqada iştirak edən klubunun xələfi sayılacaq?
– “Zaqatala” PFK İctimai Birliyi kimi Ədliyyə Nazirliyindən qeydiyyatdan keçdikdən sonra hansısa fikir irəli sürmək olar. Nə bilirsiniz, bəlkə təsisçilər qərar qəbul edəcəklər ki, yeni stadion inşa edilsin?

– Bu cür qərar istisna olunmur. Ancaq nəzərə alsaq ki, stadionun inşasına 2 ilə yaxın vaxt tələb olunur və stadionu olmayan klub qeydiyyatdan keçirilə bilməz, bu qənaətə gəlməliyik ki, “Zaqatala” bir neçə ildən sonra Ədliyyə Nazirliyinə müraciət edə bilər.
– Bunu mümkün variant kimi dedim. Gəlin tələsməyək, “Zaqatala” qeydiyyatdan keçdikdən sonra stadion və hüquqi ünvan barədə tam dolğun məlumat əldə edə biləcəksiniz.
CEYHUN ƏLIYEV