"Şaxtyor" rəhbərliyi 70 illik yubileyini qeyd edən baş məşqçisi Mirça Luçeskuya sürpriz edib. Futbolinfo.az xəbər verir ki, Ukrayna təmsilçisi rumın mütəxəssisi maraqlı üsulla mükafatlandırıb. 
 
Yerli mətbuatın yazdığına görə, "Donbass Arena"nın önündə onun bürüncdən heykəlini qoyulub. Rəhbərlik bu abidənin mütəxəssisin yubileyiylə əlaqədar qoyulduğunu, Ukraynadakı daxili vəziyyət sabitləşdiyi zaman məşqçi üçün daha böyük heykəl ucaldacaqlarını və onun açılışını təntənəli surətdə edəcəklərini bildiriblər. 
 
 
Qeyd edək ki, Luçesku 11 ildi "Şaxtyor"u çalışdırır. O, bu müddətdə kluba 8 dəfə Ukrayna çempionluğunu və 1 dəfə UEFA Kubokunu qazandırıb.
Shares: