Növbəti mövsüm yenidən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Kəpəz" artıq legioner futbolçuları ilə də münasibətlərini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, gəncəlilər 4 əcnəbi oyunçu ilə müqavilə bağlayıb.
Bunlar Dario Federiko, Junior Osvaldo, Tadas Simiatis və Aleksandr Sıtnikdi. Adıçəkilən futbolçuların hər biri ilə 1 illik müqavilə bağlanılıb. Həmçinin legionerlərlə bir yerdə 17 yerli futbolçunun adı komandanın növbəti mövsüm üçün iştirak ərizəsinə salınıb və PFL-ə göndərilib.
Qeyd edək ki, "sar-göylər" yerlilərlə dünən müqavilə bağlamışdı.