Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, qitənin ikinci drəcəli klub turnirindəki təmsilçilərimiz "Qəbələ" və "Qarabağ" da mübarizə meydanına çıxıb.
İlk olaraq, qəbələlilər "döyüşə atılıb". Tarixində ilk dəfə bu mərhələdə çıxış edən "qırmızı-qaralar"ın rəqibi Yunanıstanın köklü klublarından olan “Panatinaikos”du. Doğma aşarkeşlər qarşısında meydana çıxan Roman Qriqorçukun komandası evdə sərfəli nticə qazanmaq istəsə də, bu baş tutmayıb və görüş qolsuz bərabərliklə başa çatıb.
Bu matçdan bir qədər sonra isə son Azərbaycan çempionu "Qarabağ" səhnəyə çıxıb. Ağdam klubunun rəqibi İsveçrə "Yanq Boyz"udu. Ötən mövsüm qrup mərhələsəinə vəsiqə qazanan Qurban Qurbanovun yetirmələri səfərdən 1:0 hesablı qələbə ilə qayıdıb.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
20 avqust
 
“Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan) 0:0

Baş hakim: Andre Marriner, Simon Bennett, Li Betts, Robert Madli (hamısı İngiltərə)
Hakim-inspektor: Zbiqnev Przesmiçki (Polşa)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)
Bakı. “Bakcell Arena”
 
“Qəbələ”: Dmitri Bezotosnı, Stankoviç, Rikardinyo, Rafael Santos, Arif Daşdəmirov,  Rəşad Sadiqov, Aleksey Qay, Sergey Zenyov, Ermin Zets, Dodo (k) , Aleksey Antonov
Ehtiyat oyunçular:  Pietrzkieviç, Məhəmməd Mirzəbəyov, Vitali Vernidub,  Elvin Camalov, Asif Məmmədov,  Samir Zərgərov, Floresku
Baş məşqçi: Roman Qriqorçuk
"Panatinaikos":  Lyuk Stil, Giorgos Koutroumbis, Stathis Tavlaridis,  Nano,  Zeka (k), Yens Vemmer,  Robin Lod, Nikos Kaltsas,  Daniel Pranyiç, Nikos Karelis, Mladen Petriç
Ehtiyat oyunçular: Kotsolis, Diamantis Kukumis, Nikos Marinakis,  Tassos Laqos, Abdul Ayaqun, Markus Berq
Baş məşqçi: Yannis Anastasiu
 
“Yanq Boyz” (İsveçrə) – “Qarabağ” (Azərbaycan) 0:1
QOL: R. Almeyda, 67
Baş hakim: Vladislav Bezborodov, Nikolay Qolubev, Maksim Qavrilin, Aleksey Yeskov (hamısı Rusiya)
Hakim-inspektor: Lassin İsaksen (Farer adaları)
UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya)
Bern. “Stad de Suiss”
 
"Yanq Boyz": İvon Mvoqo, Milan Vilotiç, Stif Fon Bergen, Yan Letsyaks, Skott Satter, Leonardo Bertone, Miralem Süleymani, Milan Qayiç, Rafael Nutsolo, Yuya Kubo, Qiyom Oaro
Ehtiyat oyunçular: Marko Volfli, Floran Haderqyonay,  Qreqori Vyutrix, Denis Zakariya, . Aleksandr Qonsales,  Haris Tabakoviç, Samuel Afum
Baş məşqçi: Harald Qamperle
"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev,  Rəşad Sadıqov (k), Riçard Almeyda, Ansi Aqolli, Dani Kintana, Bədavi Hüseynov, Reynaldo, Alharbi Əl Jadeyaoui, İlqar Qurbanov, Cavid Tağıyev
Ehtiyat oyunçular: Fərhad Vəliyev,  Elvin Yunuszadə, Vüqar Mustafayev, Elvin Məmmədov, Raydell Puponu, Coşqun Diniyev, Əfran İsmayılov
Baş məşqçi: Qurban Qurbanov
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp