Bir neçə gün öncə İngiltərənin "Mançester Yunayted" klubu Sadio Maneni transfer etmək istədiyi haqda iddialar yayılmışdı. Futbolinfo.az xəbər verir ki, artıq futbolçunun məxsus olduğu "Sautqempton" da bu məlumatı təsdiqləyib. 
Mançesterlilər bunun üçün "müqəddəslər"ə rəsmi təklif göndərməyə hazırlaşır. Yrli mətbuatın yazdığına görə, baş məşqçi Lui van Qal futbolçunu komandasında görmək üçün israrlıdı.
Qeyd edək ki, 23 yaşlı seneqallı yarımmüdafiəçi "Sautqempton"a ötən il Avstriyanın "Zalsburq" klubundan transfer edilmişdi. O, "buğalar"ın heyətində keçən mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la qarşılaşmalarda meydana çıxmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp