Yenidən Premyer Liqaya qayıdan “Kəpəz” ilk ev oyunu Gəncədə keçirsə də, didərgin həyatı yaşamaqda davam edir. Komanda o qədər bərbad durumdadı ki, Bakıda hazırlıq keçir, Yevlaxda məskunlaşır, Gəncədə isə oyuna çıxır.
Neçə gündü paytaxtda – ADBTİA-nın stadionunda məşq edən “Kəpəz” bu gün adı çəkilən məkanda növbəti məşqinə çıxır. Ardından komanda Yevlaxa yollanıb, orada məskunlaşacaq və “Qəbələ” ilə səfər matçına bu şəhərdən gedəcək. Gəncədə stadionun qazonu yaxşı olsa da, bazada vəziyyət bərbad olduğundan komanda buna məcburdu.
Komanda o qədər baxımsız vəziyyətdədi ki, hətta Bakıdakı çalışmalarda məşqçi heyəti də tam təmsil olunmur. “Kəpəz”in paytaxtda məskunlaşma ilə bağlı problemi olduğundan bəzi rəsmiləri və məşqçiləri komandaya Yevlaxda qoşulacaq. Ən pis odir ki, bu durum Gəncədəki baza tam hazır olana kimi davam edəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp