Bu gün Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ" Yunanıstanın "Panatinaikos" klubunu qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, bu  qarşılaşma üçün satışa çıxarılan biletlər artıq dünəndən satılıb qutardığından, kassalar bu gün fəaliyyət göstərmir. 
Lakin işbazlar yenə də rahat dayanmır və bilet satışı qeyri-qanuni yolla davam edir. Belə ki, həmişə olduğu kimi yenə "qara bazar" fəaliyyətdədi. Qanunsuz satılan bu biletlər 5 dəfə baha qiymətə satılır. Belə ki, əsl qiyməti 1 manat olan biletlər "qara bazar"da 5 manat dəyrindədi. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp