Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" bir azdan səfərdə İsveçrənin "Yanq Boyz" klubu ilə qarşılaşacaq.
Bern şəhərindəki “Stad de Suiss” stadionunda keçiriləcək matçdan öncə Ağdam klubunun prezidenti Tahir Gözəl soyunub-geyinmə otağına yollanaraq, baş məşqçi Qurban Qurbanov və komanda üzvləri ilə görüşüb, vacib oyun öncəsi onlara dəstək olub. Klubun vitse-prezidenti Fevzihan Aras və direktor Əmrah Çəlikəl də onunla birgə olub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp