Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Qəbələ" evdə Yunanıstanın "Panatinaikos" klubu ilə 0:0 bərabərə qalıb.
"Bakcell Arena"dakı oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Yannis Anastasiu heç-heçəni belə şərh edib:
"Hәr şeydәn әvvәl hәr iki komandanı göstәrdiyi yaxşı oyuna görә tәbrik edirәm. Qәlәbәyә yaxın idik. Bәzi epizodlarda bәxtimiz gәtirmәdi. Oyunçularım bacardığını etdi. Nәticәdә "Qәbәlә" klubu da qәlәbә qazana bilmәdi. Artıq fikrimizi Afinadakı oyuna yönәltmәliyik. Azәrbaycan xalqına dostluq münasibәtinә görә, azarkeşlәrә atmosferә görә tәşәkkür edirәm. Ümid edirәm ki, Azәrbaycan klubu da eyni qonaqpәrvәrliyi Yunanıstanda bizdәn görәcәk. Son 10 gündә 4 önәmli oyunumuz var idi. 1-i geridә qaldı. 3 qarşıdadı. Fikrimizi hәmin oyunlara yönәldirәm".
"Arif Daşdәmirov sizin futbolçunuza yardım etmәk istәsә dә, digәr futbolçularınız bunu pis başa düşdülәr" sualına yunan mütәxәssis belә cavab verib: "Oyunda belә hadisәlәr baş verir. Amma burda sәhv başa düşülmә ola bilәr. Hәmin futbolçmuz hazırda xәstәxanadadı. Vә o bizimlә birlikdә deyil, bir gün sonra Yunanıstana qayldacaq".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp