Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Qəbələ" evdə Yunanıstanın "Panatinaikos" klubu ilə 0:0 bərabərə qalıb.
"Bakcell Arena"dakı oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk heç-heçəni belə şərh edib:
"Komandam әlindәn gәlәni etdi. Düzdü, nәticә bundan yaxşı ola bilәrdi. Amma uşaqlardan razıyam. Birinci hissәnin son 20 dәqiqәsi xoşuma gәldi. Antonov vә digәr futbolçular yaxşı çıxış etdi. Taktiki cәhәtdәn әla oynadılar".  
Ukraynalı mütәxәssis "biz qrupa düşsәk belә, bu oyunla heç nә edә bilmәrik" sualına belә cavab verib: "Biz yaxşı oynadıq. Yәqin ki, "Qәbәlә"ni "Mançester Yunayted"lә sәhv salmamısız. Biz razı qaldıq"
O, әvәzetmәlәrdәn dә danışıb: "Әvәzetmәlәrimiz qәrarımdı vә burda nöqtә. Amma sizә olan hörmәtimdәn bu barәdә sualınıza cavab verirәm. Әvәzetmәlәri son dәqiqәlәrdә etmәklә qazandıq vә hәmin dәqiqәlәri üstün oynadıq. Sadәcә problem Sergey Zenyovun yorulmasında idi.
Tәcrübәli mәşqçi komandada nәyi dәyişmәk istәdiyini dә açıqlayıb: "Bәzi şeylәri dәyişmәk istәyirik. Mәrkәzdә daha yaxşı oynamağa çalışacağıq. Әks-hücumlara da gec çıxırdıq. Futbolçular daha sürәtli әks-hücuma çıxmaq әvәzinә top havada uçurdu. Bunun üzәrindә işlәmәliyik".
"Hücumların lәng qurulmasında Cavid Hüseynovun yeri görünürdü" sualını Qriqorçuk belә cavablandırıb: "Cavid Hüseynov yaxşı oyuçudu vә yeri hiss olunurdu. Qrup mәrhәlәsinә hazırlaşan komanda üçün belә şey problem olmamlıdı. Bu bütün komandanın problemidi. Bizim yaxşı oyunçularımız var".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp