Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Qəbələ" evdə Yunanıstanın "Panatinaikos" klubu ilə 0:0 bərabərə qalıb.
"Bakcell Arena"dakı oyun zamanı yunan klubu üçün arzuolunmaz hadisə baş verib. Belə ki, "ağ-yaşıllar"ın futbolçusu Robin Lod 67-ci dəqiqəsində zədələnərək, meydanı tərk edib. Əldə etdiyimiz məlumata görə onun vəziyyəti heç də ürəkaçan deyil. Dərhal xəstəxanaya aparılan futbolçu hələ də oradadı. Onun 1 gün Bakıda qalacağı deyilir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp