Ötən gün Avropa Liqasının pley-off mərhələsinin matçları keçirilib. Futbolinfo.az xəbər verir ki, qitənin ikinci drəcəli klub turnirindəki təmsilçilərimiz "Qəbələ" və "Qarabağ" ölkəmizin UEFA klub reytinqini br az da zənginləşdirib. 
Belə ki, hər iki komanda ümumilikdə əmsalımız 0.375  xal əlavə edib. Bu nəticədən sonra artıq ölkəmizin aktivində 13.250 xal var. 
Qeydə alınan nəticələrdən sonra Azərbaycan birdən-birə 3 pillə irəliləyərək, siyahıda 26-cı mövqedə qərar tutub. Bu, ölkəmizin klub futbolu tarixində ən uğurlu göstəricidi. İndiyədək ölkəmiz heç vaxt belə nəticəyə imza ata bilməmişdi. 
Siyahıda geridə qoyduğumuz ölkələr isə Bolqarıstan, Sloveniya və Serbiyadı. İlk iki ölkənin avrokuboklarda təmsilçisi qalmadığından əminliklə Azərbaycanın cari mövsümdə ən pis halda 27-ci yerdə bitirəcəyini söyləmək olar. Ölkəmiz üçün yeganə təhlükə isə Serbiyadı. Adıçəkilən ölkənin hazırda avrokuboklarda 2 təmsilçisi mübarizə aparır. “Partizan”ın minumum avroliqanın qrup mərhələsində mübarizə aparacğı dəqiqdisə, “Voyvodina” sözügedən turnirin pley-off mərhələsinin ilk matçında 0:3 hesabı ilə məğlub olub. Hazırda serblərin 12.875 xal var. 
Cədvəldə 25-ci yerdə gedən Norveçə isə bu il çatmağımız bir az çətin görünür. Çünki skandinaviyalıların aktivində 16.250 xal var və bu il onlara çatmaq çox müşkül məsələdi. Çünki şimallılar hazırda 3 komanda ilə avrokuboklarda mübarizəni davam etdirir. 
Qeyd edək ki, cari mövsümdə avrokuboklarda ölkəmizin klub reytinqinə “Qəbələ” 1.000, “Qarabağ” və “İnter” 0.750, “Neftçi” isə 0.250 xal əlavə edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp