Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" səfərdə İsveçrənin "Yanq Boyz" klubunu 1:0 hesabı ilə məğlub edib.
“Stad de Suiss”dakı oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verən Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qələbəni belə şərh edib:
"Cavab qarşılaşması bu oyundan da çətin olacaq, rəqib bizə çox çətin anlar yaşatdı. "Yanq Boyz"un oyun üslubu bizə çox yad və çətin bir üslub idi. Bakıda daha fərqi oyun olacaq, rəqib 90 dəqiqə hücum edəcək. Rəqibin heyətində oyunun nəticəsini dəyişməyə qadir futbolçular var."
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp