Ötən gün Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qəbələ” Yunanıstanın “Panatinaikos” klubu ilə 0:0 bərabərə qalıb. Qarşılaşmadan sonra “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Rəşad Sadiqov jurnalistlərin suallarını cavablandırıb:
– Oyunla bağlı fikirləriniz bilmək maraqlı olardı…
– Çox gərgin oyun oldu. “Panatinaikos” kimi rəqiblə oynamaq asan deyil. Buna baxamayaraq, başabaş mübarizə apardıq. Qol epizodlarımız da oldu, qələbə də qazana bilərdik. Məncə, 0:0 heç də pis nəticə deyil. Çalışacağıq ki, səfərdə nəticə qazanıb, mərhələni adlayaq. 
– Komanda bu matçda sanki zəif görünürdü…
– Ola bilər matçın sonlarına yaxın bir az yorğun görünürdük. Amma bu cür rəqibə qarşı 3-4 qol epizodu yarada bildik, sadəcə fürsətləri əldən verdik. 
– Cavidin yoxluğu yarımmüdafiə xəttində sənin işini nə dərəcədə çətinləşdirirdi?
– Onun yoxluğu nəinki mənim, bütün komandanın işini çətinləşdirir. Çünki Cavid topla oynamağı sevən futbolçudu, hər an hücumlarda təhlükə yarada bilirdi. 
– Səfər matçından gözləntilərin nədi?
– Mərəhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. 
– Rəqibin əksər futbolçularının hüdndürboy olması sizə problem yaradırdımı?
– Buna öyrəşmişik. “Çukariçki”nin futbolçuarı “Panatinaios”dakılardan da hündürboylu idi. Sadəcə, yunanların topla oynamaq qabilyəti daha üstündü. Onsuz da, Avropada hamı bizdən hündürdü, oynamağa məcburuq (gülür).
 
– Klub prezidenti Taleh Heydərov oyundan sonra sizə nə dedi?
– Adətən 2-ci matçdan sonra soyunub-geyinmə otağına gəlir. Bu dəfə də ilk matç olduğundan futbolçulara baş çəkmədi. 
– Yayılan məlumatlarda mərhələni keçəcəyiniz təqdirdə komandaya yarım milyon mükafat veriləcəyi vəd olunub. Bu nə dərəcədə doğrudu?
– Xeyr, bu yalan məlumatdı. Oyundan öncə heç vaxt bizə mükafat vəd olunmur. 
– Həftəsonu ölkə çempionatında da matça çıxacaqsıznız. 3-4 gün arayla oynamaq sizə çətinlik yaratmırkı?
– Buna öyrəşməliyik. Çünki Avropada hamı 3-4 gün fasilə ilə oyunlara çıxacaq. Biz də buna vərdiş etməliyik. 
– Buna öyrəşmək üçün gec olduğunu düşünmürsən?
– Ataların belə bir məsəli var “öyrənmək heç vaxt gec deyil”.
– Ümumiyyətlə, “Panatinaikos”  kimi bir rəqibi keçəcəyinizə inanırsınız?
– Bəli, futbolçularda inam var. Meydançanın vəziyyətinin pis olması da oyunumuza müəyyən qədər təsir göstərdi, qazon sanki palçıq idi. Elə bil torpaq ayağımızın altından qaçırdı. 
– Əvvəlki oyunlarla müqayisədə azarkeş dəstəyinin az olduğu fikri ilə razısanmı?
– Ola bilər belə görünsün, amma stadion tamamilə dolmuşdu. Biz meydanda idik deyə buna çox fikir verə bilmirdik. Amma dəstəyi hiss edə bilirdik. 
– Bir epizodda Arif Daşdəmirova əsəbləşmişdin, ona nə deyirdin?
– Xeyr, bu adi bir oyun epziodudu. Məndən pas istədi, görmədim. Adi bir anlaşılmazlıq oldu. 
– Çılğın yunan azarkeşlərlə oynamağa hazırsınız?
– Əlbətdə ki, hazırıq. Kiprdə o cür tərbiyəsiz azarkeşlərdən sonra hər şeyə hazırıq. Mənə elə gəlir ki, “Panatinaikos” elit komandadı, onların azarkeşləri tərbiyəsizlik etməyəcək.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp