İtaliya millisinin və "Milan"ın sabiq futbolçusu Cennaro Qattuzonun yeni iş yeri bəlli olub. Futbolinfo.az xəbər verir ki, 37 yaşlı çalışdırıcı bundan sonra karyerasını ölkəsi İtaliyanın 3-cü liqasında davam etdirəcək.
Bir zamanların məşhur futbolçusu "Piza"nı çalışdıracaq. Bu məlumatı klubun rəsmi saytı da təsdiqləyib.
Qeyd edək ki, Qattuzo son olaraq Yunanıstan təmsilçisi OFİ-də baş məşqçilik edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp