Dünən Avropa Liqasının pley-off matçı çərçivəsində "Qəbələ" – "Panatinaikos"u qəbul etdi. Futbolinfo.az xəbər verir ki, 
Ötən gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Qəbələ" evdə Yunanıstanın "Panatinaikos" klubu ilə 0:0 bərabərə qalıb. 
"Bakcell Arena"da baş tutan oyunun start fitindən əvvəl komandalar meydançaya maraqlı plakatla çıxıblar. Belə ki, yunan futbolçular ingilis dilində "zorakılığa son", təmsilçimiz isə "sülh üçün futbol" sözləri yazılmış banner açıblar.
 
Bunun səbəbini öyrənmək üçün Qəbələ təmsilçisinin media və marketinq üzrə meneceri Səməd Nəsibovla əlaqə saxladıq. Səməd bəy saytımıza açıqlamasında bu təklifin klub və AFFA tərəfindən verildiyini bildirib. Görünür, ötən mərhələdə "Apollon"la görüşlərdə baş verən xoşagəlməz hadisələr və təmsilçimizin növbəti matçını çılğın yunan tərəfdarların qarşısında keçirəcəyi onları bu addımı atmağa vadar edib. 
Qeyd edək ki, bu komandalar arasındakı cavab qarşılaşması avqustun 27-də saat 23:00-da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp