Dünən Avropa Liqasının pley-off matçı çərçivəsində "Qəbələ" – "Panatinaikos"u qəbul etdi. Futbolinfo.az xəbər verir ki, "Bakcell Arena"da 0:0 hesabı ilə başa çatan oyun zamanı yunan klubu üçün arzuolunmaz hadisə baş verib.
Belə ki, "ağ-yaşıllar"ın futbolçusu Robin Lod matçın 67-ci dəqiqəsində zədələnərək, meydanı tərk edib. Onun vəziyyəti heç də ürəkaçan deyil. Dərhal xəstəxanaya aparılan futbolçu hələ də oradadı. 
Əldə etdiyimiz məlumata görə, futbolçunun zədəsi ciddidi. Finlandiyalı yarımmüdafiəçinin "qırmızı-qaralar"ın üzvü Voislav Stankoviçlə mübarizədən sonra qabırğası qırılıb.
Qeyd edək ki, bu komandalar arasındakı cavab qarşılaşması avqustun 27-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp