Dünən Avropa Liqasının pley-off matçı çərçivəsində "Qəbələ" – "Panatinaikos"u qəbul edib. Futbolinfo.az xəbər verir ki, "Bakcell Arena"da baş tutan görüş 0:0 hesabı ilə başa çatıb. 
Dünənki ağır oyundan sonra "qırmızı-qaralar" bu gündən məşqlərini bərpa edib. Buna səbəb əyalət təmsilçisinin 3 gün sonra ölkə çempionatı çərçivəsində "Kəpəz"lə keçirəcəkləri oyundu.
Onu da əlavə edək ki, yunanlarla qarşılaşmada zədələnən Aleksey Antonov və Ermin Zetsin zədəsi elə də ciddi deyil.
Qeyd edək ki, "Qəbələ" – "Kəpəz" qarşılaşması avqustun 23-də, saat 21:00-da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp