Dünən "Qəbələ" – "Panatinaikos" matçından öncə müxtəlif klubları dəstəkləyən bəzi fan-klub rəhbərləri bir yerə yığışıb. Futbolinfo.az xəbər verir ki, görüşdə əsas müzakirə son vaxtlar stadionlarda baş verən polis-azarkeş qarşıdurması olub. 
Bir neçə mətbuat nümayəndəsinin də iştirak etdiyi yığıncaqda azarkeşlər fikir mübadiləsi aparıblar. Görüşdə iştirak edən "Qarabağ", "İnter", "Kəpəz", "Bakı" və "Qəbələ"ni dəstəkləyən azarkeş qruplarının nümayəndələri gələcəkdə xoşagəlməz hadisələrin baş verməməsi üçün AFFA və PFL-ə müraciət etməyin vacibliyini vurğulayıblar.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp