Sabah “Rəvan”ı qəbul edəcək “Xəzər Lənkəran” bu gün oyun öncəsi son məşqini keçirəcək. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar" saat 20:00-da, rəqib “Rəvan” isə 21:00-da matçın keçiriləcəyi klubun mərkzi stadionunda məşqə çıxacaq.
Əsasən taktiki çalışmalardan ibarət olacaq hazırlıq prossesi arxada qalan iki turun oyunlarında iştirak edən futbolçular üçün nəzərdə tutulub. Yeni transferlər isə məşqə passiv şəkildə qatılacaqlar. 
Onu da əlavə edək ki, “Rəvan”la oyun “Xəzər Lənkəran”ın gənclərdən ibarət olan hazırki heyətinin son matçı olacaq. Qarşılaşmanı Rəhim Həsənov başçılığında hakimlər briqadası idarə edəcək. Baş hakimə Rza Məmmədov, Akif Əmirəli və Nail Nağıyev yardım edəcəklər.
(12cioyuncu.info)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp