Ötən gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Qəbələ" evdə Yunanıstanın "Panatinaikos" klubu ilə 0:0 bərabərə qalıb.
"Bakcell Arena"dakı matç bir sıra maraqlı məqamlarla yadda qaldı. Belə ki, bununla "qırmızı-qaralar" evdəki 4 avroliqa matçında da qapısını toxunulmaz saxlaya bilib. Qəbələlilərin bundan öncə Tiflis "Dinamo"sunu və "Çukariçki"ni 2:0, "Apollon"u isə 1:0 hesabı ilə məğlub etmişdi.
Roman Qriqorçukun komandası "Qarabağ", "Bakı" və "Neftçi"dən sonra AL-də pley-off oynayan 4-cü klubumuz oldu. Qriqorçuk isə Azərbaycanda pley-off matçına komanda çıxaran 2-ci əcnəbi məşqçi oldu. Həmçinin "Qəbələ" "Qarabağ"dan sonra ilk mərhələdən pley-off-a kimi irəliləməyi bacaran 2-ci klubumuz oldu.
"Panatinaikos"la matç klublarmızın Yunanıstan təmsilçilərinə qarşı 3-cü oyunu oldu. Maraqlıdı ki, bu iki ölkə təmsilçiləri arasında bütün görüşlər sülhlə başa çatıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp