19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunmuş “Baltic Cup” turnirində ilk oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, komandamız Litvanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Görüş seçməmizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçdakı yeganə qolu Yaiza Relea vurub.
Qeyd edək ki, yığmamız növbəti oyununu avqustun 22-də Latviya komandasına qarşı keçirəcək.
(affa.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp