Türkiyənin "Fənərbaxça" klubu daha bir futbolçusunu komandadan göndərib. Futbolinfo.az xəbər verir ki, bu, isveçli oyunçu Samuel Holmendi.
31 yaşlı yarımmüdafiəçi digər Superliqa təmsilçisi "Konyaspor"la anlaşıb. Holmen cari mövsümün sonunadək bu komandada çıxış edəcək.
Qeyd edək ki, isveçli futbolçu "Fənərbaxça"ya 2013-cü ildə "İstanbul BŞB" klubundan keçmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp