Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" – "Yanq Boyz" matçı litvalı hakimlərə tapşırılıb. Futbolinfo.az xəbər verir ki,  qarşılaşmanı Gediminas Mazeika idarə edəcək. Ona  Vytautas Simkus, Vytenis Kazlauskas, Sergeyus Silva  kömək edəcək. 
2008-ci ildən FİFA referisi adını daşıyan Mazeikanın təmsilçilərimizlə yolu 1 dəfə kəsişib. Belə ki, 37 yaşlı referi 2008-ci ildə Avropa Çempionatının seçmə oyunları (AÇSO) çərçivəsində 21 yaşlılardan ibarət milli komandamızın albaniyalı həmyaşıdları ilə matçında ədaləti qoruyub. 0:0 hesabı ilə başa çatan qarşılaşmada fit sahibi rəqib futbolçulara 3, bizimkilərə isə 5 sarı vərəqə göstərib.
Ümumiyyətlə, avrokuboklar tarixində "Qarabağ"ın matçı ilk dəfə litvalı hakimlərə etibar olunur.
Qeyd edək ki, sözügedən görüş avqustun 27-də, saat 21:00-da baş tutacaq. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp