“Neftçi” yeni transferi – slovakiyalı qapıçı Mixal Peskoviçi Topaz Premyer Liqası üçün sifariş edib. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar" 6 ay müddətinə anlaşıdığı legioneri növbəti turdan oynada biləcək.
Peskoviç “Neftçi”yə gəlməmişdən öncə Polşanın “Podbeskidze” klubunda çıxış edib. Buna qədər isə slovakiyalı qapıçı “Nitra” (Slovakiya), “Poloniya” (Polşa), “Aris” (Yunanıstan), “Viborq” (Danimarka) kimi klubların şərəfini qoruyub. O, Bakı klubunda 24 nömrəli formanı geyəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp