“Qarabağ” avqustun 20-də UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Yanq Boyz"a 1:0 hesabı ilə qalib gəldi. Sözügedən oyun və eyni komanda ilə növbəti matç haqqında sualları “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov cavablandırıb. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edirik:
– Oyun haqqında fikirlәriniz necәdi?
– Sәfәrdәn sәrfәli nәticә ilә qayıtmışıq. Tәbii ki, bu, sevindiricidi. Amma futbolçularım çox әziyyәt çәkdi. Oyundan öncә dә bildirmişdim ki, "Yanq Boyz" çox güclü komandadı. Düşünmәdiyimiz hücumları qururdular. Oyunda da bunu gördük. Qrup mәrhәlәsinin bir addımlığındayıq. Amma Bakıda bizi daha çәtin görüş gözlәyir. Ümid edirәm ki, işimizin öhdәsindәn gәlәcәyik.
– "Yanq Boyz"da oyundan öncә baş mәşqçi istefaya getmişdi. Bu hiss olundu?
– Gedәn baş mәşqçinin yerinә kömәkçisi tәyin olunub. Kömәkçi mәşqçi dә elә eyni sistemi saxlamışdı. Hәmin oyunu oynadılar. Amma baş mәşqçi başqa biri olsaydı, bәlkә bizә dә çәtin olardı. Amma belә fәrq hiss olunmurdu. Eyni hücumları qururdular. Hәr iki komandanın qol şansları oldu. Sadәcә bir epizodda biz fәrqlәndik vә qәlәbә ilә qayıdırıq.
– Süni ot örtüyü oyunuza tәsir etdi?
– Әlbәttә, bu, bizim oyuna tәsir etdi. Çünki oradakı ot örtüyü bizimkilәrdәn fәrqlәnirdi. Hәm dә top başqa top idi. Bir az öyrәşmәdiyimiz şeylәr oldu. Amma әn azından meydança düz idi. İstәdiyimizi edә bilirdik.
– 2-ci il ardıcıl qrupa düşmәk üçün "Qarabağ"a Bakıda nә lazımdı?
– Öncә yaxşı oyun göstәrib, hesabı qorumalıyıq. Rәqibin heyәtindә çox güclü futbolçular var. Onlar hәr an oyunun taleyin dәyişә bilәrlәr. İstәdiyimiz kimi oynayıb, qrupa düşә bilәrik.
– Hesabı qorumaq üçün oynayacaqsız?
– Dediyim kimi, öncә hesabı qorumalıyıq. Yәqin ki, rәqib hücumlar edәcәk. Oyuna tәzyiqlә başlayacaq. Onlara qarşı yaxşı çıxış etmәliyik.
– Razısız ki, "Qarabağ" sönük oyun oynadı?
– Fikrimcә, heç dә elә deyil. Oyunun әvvәlindә bir az ehtiyat edirdik. Hәm dә rәqib ehtiyat edirdi. Çünki ilk dәfә bir-birimizi canlı görürdük. İkinci hissәdә isә fәrqli oynadıq. Sürәtli hücumlar da oldu.
– Almeydanın qolunu bir sözlә necә qeyd edәrdiz?
– Siz necә düşünürsünüzsә, elә.
– Qol çox soyuqqanlı reaksiya verdiz. Hәtta "Facebook"da yazmışdılar ki, "Almeyda bilsәydi, Qurban Qurbanov belә sevinәcәk elә qol vurmazdı…
– (Gülür) Mәn nadir hallarda qola başqa cür sevinirәm. Bu, hәmişәki halımdı.
– Maksim Medvedev növbәti oyuna hazır olacaq?
– Çәtin.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp