Bu gün Topaz Premyer Liqasında 3-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" doğma arenada "Kəpəz"i qəbul edir. 
Hazırda Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmanı isləyənlər arasında qonaq komandanın azarkeşləri də çoxluq təşkil edir. Matç Qəbələdə keçirilsə də, gəncəli futbolsevərlər sevimlilərini tək buraxmayıblar. Təxminən 200-ə  yaxın "Kəpəz" azarkeşi bu oyunda doğma komandasına dəstək verir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp