Ötən gün Türkiyə PTT 1-ci Liqasında ilk turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycanın 21 yaşlılardan ibarət millisinin üzvü Timur Təməltaşın şərəfini qoruduğu “Altınordu” da növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə “Boluspor”la qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Timur isə 83-cü dəqiqədə meydana çıxa bilib.
Qeyd edək ki, “Altınordu” 1 xalla sonuncu, 17-ci pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp