İsveçrə Super Liqasında 6-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Yanq Boyz" da növbəti matçına çıxıb.
"Arılar" səfərdə "Syon"la üz-üzə gəlib. Görüş qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, Bern təmsilçisi 9 xalla 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" – "Yanq Boyz" matçı avqustun 27-də Bakıda keçiriləcək. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp