İsveç çempionatının yüksək liqası sayılan Allsvenskanda 21-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emin Nurinin şərəfini qoruduğu “Kalmar” da növbəti matçına çıxıb.    
"Qırmızı qardaşlar" doğma meydanda "Elfsborq"la  üz-üzə gəlib. Görüş ev sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan müdafiəçimiz oyunu əvəzedilmədən keçirib. 
Qeyd edək ki, “Kalmar” hazırda 22 xalla 12-ci pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp