Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandasının Türkmənistan yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının tarixi dəyişdirilib. Futbolinfo.az xəbər verir ki, qarşılaşmalar əvvəlcədən planlaşdırıldığı kimi, avqustun 24-də və 26-da deyil, 25-də və 27-də keçiriləcək. 
"ABU Arena"da təşkil olunacaq hər iki oyun saat 20:00-da başlayacaq.
(affa.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp