Ötən gün Topaz Premyer Liqasında 3-cü turun növbəti qarşılaşmaları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" evdə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.
Qəbələ şəhər stadionundakı qarşılaşmada qonaq komanda üçün məyusedici hadisə yaşanıb. Belə ki, Gəncə təmsilçisinin yarımmüdafiəçisi Kərim Diniyev zədələnib və oyuna davam edə bilməyib. Matçın 67-ci dəqiqəsində Bəxtiyar Soltanovla əvəzlənən futbolçunun zədəsinin ciddi olduğu deyilir. 
Onun vziyyəti bugünkü tibbi müayinədən sonra bilinəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp