21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyəti açıqlanıb. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Yaşar Vahabzadə 24 futbolçuya dəvət göndərib.
 
Belə ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da sentyabrın 4-də Avstriya, sentyabrın 8-də isə Almaniya yığması ilə qarşılaşacaq, bu oyunlara hazırlıq məqsədilə avqustun 26-dan sentyabrın 9-dək Bakıda təlim-məşq toplanışında olacaq seçməmizin heyəti aşağıdakı kimidi:
Elşən Abdullayev  – Neftçi
Fəhmin Muradbəyli – Neftçi
Elvin Bədəlov – Neftçi
Məqsəd İsayev – Neftçi
Şahrudin Maqomedaliyev – Sumqayıt
Cəmil Hacıyev – Sumqayıt
Tərlan Əhmədli – Sumqayıt
Orxan Əliyev – Xəzər Lənkaran
İlyas Səfərzadə – Xəzər Lənkaran
Azər Salahlı – Qarabağ
Vüqar Mustafayev – Qarabağ
Rəşad Əzizli – Rəvan
Nicat Muxtarov – Rəvan
Tellur Mütəllimov – Zirə
Adil Nağıyev – Zirə
Budaq Nəsirov – Kəpəz
Azad Kərimov – Kəpəz
Tural Hümbətov – AZAL
Elmin İsmayılov – Şəmkir
Rüstəm Rüstəmli – Bakı
Dmitri Nağıyev – Dnepr (Ukrayna)
Bilal Sezer – Borussiya Münhenqladbax (Almaniya)
Kerem Behnke – TSG Neustrelitz (Almaniya)
Taşkın İlter – TSG Neustrelitz (Almaniya)
Qeyd edək ki, Azər Salahlı və Vüqar Mustafayev toplanışa avqustun 28-də, Dmitri Nağıyev avqustun 30-da, Bilal Sezer, Kerem Behnke və Taşkın İlter isə avqustun 31-də qoşulacaq.
(affa.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp