Bu gün Topaz Premyer Liqasında 3-cü tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Zirə" doğma meydanda "İnter"lə 0:0 bərabərə qalıb.
Zirə qəsəbə stadionunda baş tutan oyunun sonlarına yaxın gərgin anlar yaşanıb. Belə ki, ehtiyyat oyunçular skamiyasında əyləşən "qartallar"ın kapitanı Rəşad Abdullayev hakimin qərarına sərt şəkildə etoraz edib. Bunun nəticəsində isə matçın baş hakimi Abdullayevə sarı vərəqə göstərib.
Qeyd edək ki, Rəşad start heyətdə meydana çıxsa da, matçın sonlarına yaxın əvəzlənmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp