Bu gün Topaz Premyer Liqasında 3-cü tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Zirə" doğma meydanda "İnter"lə 0:0 bərabərə qalıb.
Zirə qəsəbə stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran ev sahibi komandanın baş məşqçisi Adil Şükürov heç-heçəni belə şərh edib:  
“Biz gözlədiyimizdən də ağır, çətin oyun alındı. “İnter”in oturuşmuş heyəti, özünəməxsus oyun tərzi var. “Zirə” isə hər keçən tur öz oyununu sərgiləməyə çalışır. Bu yolda bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu gün açıq futbol sərgilədik. Həm rəqibin, həm də bizim qol imkanlarımız vardı. Etiraf edim ki, oyunun sonlarında bir qədər boşluqlar buraxdıq. Buna rəğmən, 1 xal qazana bildik. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”.
(pfl.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp